Qəbul imtahanlarında 600-dən çox bal toplayan iki abituriyent ali təhsil müəssisələrinə qəbul olmayıb.
Bunu brifinq zamanı Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.
O qeyd edib ki, həmin abituriyentlər ixtisas seçimi mərhələsində bir yer seçiblər. Onlardan biri ödənişsiz əsaslarla Bakı Ali Neft Məktəbini, digəri III ixtisas qrupu üzrə ödənişsiz əsaslarla Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasını seçib və qəbul ola bilməyiblər.
"Əgər bundan əlavə digər ixtisas seçimləri etsəydi, qəbul ola bilərdi", - Məleykə Abbaszadə deyib.
Məlumata görə, I qrupdan imtahan verən oğlan 658 bal, III qrupdan imtahan verən qız isə 630 bal toplayıb.