
Azərbaycanda yeni tədris ili üçün nəzərdə tutulan məktəbli formaları ucuzlaşacaq.
Bu barədə "Operativ Media"ya açıqlamasında Bakı Tikiş Evinin (BTE) şöbə müdiri Etibar Əzimov məlumat verib.
O bildirib ki, hazırda BTE yeni tədris ilinə tam hazırdır:
"Bu il 25 manata satılan şalvar və ətəklər 20 manat salınıb. Sabahdan (bu gündən) isə məktəblilərin polo köynəklərinin qiyməti 15 manatdan - 12 manata endiriləcək. Bu formalara BTE tərəfindən 1 il zəmanət verilir”, - deyə BTE şöbə müdiri qeyd edib.