“Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı və oğlu tələbə adını qazanıb.
Elməddin Muradlı və jurnalist Xəyalə Muradlı cütlüyünün oğlu Turqut valideynlərini sevindirib.
Turqut Muradlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kompüter mühəndisliyi ixtisasına qəbul olunub.
Maraqlıdır ki, Elməddin Muradlının özü də yenidən tələbə adını qazanıb. Belə ki, o, ikinci ali təhsil üçün imtahan verib və sınaqdan uğurla keçərək Azərbaycan Texniki Universitetinin logistika və nəqliyyat texnologiyaları ixtisasına qəbul olunub.