
Sosial şəbəkələrdə ixtisas seçiminin nəticələrinin bu gün açıqlanacağı barədə xəbərlər yayılıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, ixtisas seçiminin nəticələri prosesin başa çatmasından sonrakı 3 gün ərzində elan olunacaq:
"Nəticələrin bu gün elan edilməsini dəqiq bilmək olmur", - açıqlamada deyilir.
Qeyd edək ki, ixtisas seçimi avqustun 20-si saat 08:59-da başa çatıb.