Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Mart ayından körpələrə ilk aylarda heksavaksin vurulur"

"Mart ayından körpələrə ilk aylarda heksavaksin vurulur"

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı Nümayəndəliyi ilə birgə hazırlanmış “Uşaqların immunizasiyası üzrə təlimat” Səhiyyə Nazirlinin Elmi-Tibbi Şurasının Qərarı və Səhiyyə Nazirliyinin müvafiq Əmri ilə təsdiq edilib.

Bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində nazirliyin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bildirib.

 Onun dediyinə görə, təlimatda 2024-cü ilin mart ayından yenilənən profilaktik peyvəndlər təqvimi, ÜST-nın tövsiyələrinə əsasən profilaktik peyvənd təqvimindən kənaraçıxmalar və gecikən vaksinasiyanın idarə olunması, vaxtından əvvəl doğulan uşaqların peyvənd olunması qaydaları haqqında məlumat əldə etmək olar. Eyni zamanda, vaksinasiyaya qarşı yenilənən tibbi əks göstərişlər, immunizasiyadan sonra baş verən əlavə təsirlər, vaksinlərin təhlükəsizliyi və effektivliyi, peyvəndlərin tətbiqi üsulları və s. məsələlər ətraflı əhatə olunub: “Təlimat tibb işçilərinə peyvəndləmə işində əsaslandırılan qərarların qəbul edilməsi, peyvəndlərdən kənarda qalan uşaqların təlimatın tələblərinə uyğun peyvəndlərə cəlb olunması, tibbi əks göstərişlərin düzgün tətbiq edilməsi, soyuq zəncir sistemi qaydalarına düzgün riayət edilməsi, vaksinlərin tələblərə uyğun saxlanılması və uşaq əhalisini mümkün olan ən keyfiyyətli immunizasiya xidmətləri ilə təmin etmək imkanı yaradır”.

 A.Əliyeva bu ilin martından Milli Peyvənd Təqviminə daxil edilən Heksavaksin haqqında da məlumat verib: “Heksavaksin 6 ciddi yoluxucu xəstəliyə qarşı (difteriya, göyöskürək, tetanus, hepatit B, b tipli hemofil infeksiya, poliomielit) 6 komponentli vaksindir. Heksavaksin ölkəmizdə mart ayından tətbiq edilir. Peyvənd təqviminə uyğun olaraq həmin vaksin uşaqlara 2, 3, 4 aylığında vurulur. Heksavaksin Avropa istehsalıdır və bir dozalıq flakonlarda buraxılır. Vaksin Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verir, təhlükəsiz və effektivdir”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də