Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Tələbələr ilin əvvəlində təhsil haqlarını tam ödəməlidir?

Tələbələr ilin əvvəlində təhsil haqlarını tam ödəməlidir?

Artıq abituryentlərin ixtisas seçimi yekunlaşıb və qısa zamanda universitetlərə qəbul prosesi başlayacaq. Bu dönəmdə tələbələrin ən çox qarşılaşdıqları problemlərdən biri də təhsil haqları ilə bağlıdır.

 Bəzi universitetlər təhsil haqlarını əvvəlcədən tam ödənilməsini tələb edir, bəziləri isə hissə-hissə ödənilməsinə imkan yaradır. Bəs bu proses necə tənzimlənməlidir?

Hüqüqşünas Rəşad Əliyev bildirib ki, təhsil haqlarının hissə-hissə ödənilməsi qanunla tənzimlənmir. "Bu proses tərəflər arasında müqavilə öhdəliyinə əsaslana bilər və digər tərəf razılaşdığı halda mümkündür", - o qeyd edib.

 Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın keçmiş üzvü İlqar Orucov isə deyib ki, ödənişlə bağlı qərar qəbul etmək universitetlərin öz daxili işidir:

"Tələbələrin əsas problemlərindən biri də məhz təhsil haqları ilə bağlı olur, ancaq  Elm və Təhsil Nazirliyi inzibati yolla bu problemə müdaxilə edə bilmir. Nazirliyin bununla bağlı universitetlər üçün tövsiyəsi mövcuddur. Tövsiyə ondan ibarətdir ki, ödənişli əsaslarla təhsil alan tələbələrə hissəli ödəniş üçün şərait yaradılsın. Bu baxımdan universitetlərin qərarı, yaradacağı şərait önəmlidir. Təbi ki, universitetlərin tələbələrə qarşı bu cür humanist addımı təqdirəlayiq davranış olar  və bu addım universitetə heç bir ziyan vurmaz”. 

 Məsələ ilə bağlı bir neçə özəl universitetlə əlaqə saxladıq.

 Qərbi Kaspi Universitetinin mətbuat katibi Vüsal Məmmədov Modern.az-a bildirib ki, tələbələrin 40 faizindən çoxu dövlət sifarişi ilə təhsil alır, bir hissəsi isə topladıqları bala uyğun olaraq güzəştlərdən yararlanırlar.  “Təhsil haqlarının ödənilməsi ilə bağlı bəzi gecikmələrin olduğunu etiraf etməliyik. Onu da nəzərə almaq lazımdır ki, universitet təhsil haqqından maliyyələşir, müəllimlərin və administrativ işçilərin əmək haqları, infrastrukturun, maddi-texniki bazanın müasirləşdirilməsi, layihələrin həyata keçirilməsi, kommunal xərclər və s. məhz bu büdcə hesabına təmin edilir”.

 Xəzər Universitetinin İctimaiyyətlə Əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli isə qeyd edib ki, tələbələr təhsil haqlarını istərsə bütöv şəkildə, istərsə də iki hissəyə bölərək ödəyə bilər.

 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də