Bakının Xətai rayonunun Babək prospekti, eləcə də Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi nəzərdə tutulur.
Bu barədə Xətai Rayon İcra Hakimiyyətinə istinadla xəbər verir.
Məlumata görə, artıq bununla bağlı hazırlıq işlərinə başlanılıb. Söküntü işləri üçün 1,7 milyon manatdan çox vəsait xərclənəcəyi gözlənilir.