
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva şəhid Samir Kaçayevin ailəsi ilə görüşüb.
Bu barədə o, özünün instaqram hesabında paylaşım edib.
Qeyd edək ki, Samir Ziyatin oğlu Kaçayev 6 mart 1994-cü ildə Şamaxı rayonunun Çuxuryurd kəndində dünyaya gəlib. 2011-ci ildə orta təhsilini bitirdikdən sonra elə həmin il Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bakalavr, 2015-ci ildə magistr pilləsinə daxil olub. Lakin Vətənə olan borcu təhsilindən daha üstün sayan Samir hərbi xidmətini Tərtərdə yerləşən hərbi hissədə çəkməyə başlayıb.