12 saylı Xəzər Seçki Dairəsindən deputatlığa namizəd Soltan Məmmədov Şağan qəsəbəsində görüş keçirib.
O, yerli Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra qəsəbə sakinləri, ictimaiyyət nümayəndələri, ağsaqqallarla maraqlı fikir mübadiləsi aparıb, görüş iştirakçılarını seçki platforması ilə tanış edib.
"VI çağırış Milli Məclisdə 14 saylı Xəzər seçki dairəsini təmsil etsəm də, qonşu yaşayış məntəqələri, o cümlədən Şağan sakinləri ilə müxtəlif yönümlü məsələlərin çözümü ilə bağlı ünsiyyətim olub. Odur ki, bu görüşü ilk tanışlıqdan daha çox, bələd olduğum qəsəbə sakinləri ilə səmərəli fikir mübadiləsi hesab etmək daha düzgün olar.
Ümid edirəm ki, etimad göstərildiyi tədqirdə bu münasibətlərimiz qarşımızda duran hədəflərə çatmaq üçün müsbət rol oynayacaq.
Zəfər dolu keçmişimiz, ümid dolu gələcəyimiz naminə!", - Soltan Məmm