Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Müəllim olmaq istəyənlər üçün 10 500 vakant yer var - RƏSMİ

Müəllim olmaq istəyənlər üçün 10 500 vakant yer var - RƏSMİ

İyulun 2-10-da baş tutan ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 39 imtahan mərkəzini əhatə edən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları mərhələsi başa çatıb.

Bunu Ümumi Təhsil üzrə Dövlət Agentliyinin mətbuat katibi Zenfira Sevdimalı jurnalistlərə açıqlamasında deyib.

 Onun sözlərinə görə, test imtahanlarına 61 000-ə yaxın namizəd dəvət olunub, onlardan 50 264 namizəd bu mərhələdə iştirak edib.

 Bildirilib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə zamanı namizədlərə 10 500 vakant yer təqdim olunub. Əksər fənnlər üzrə bu il vakant yerlərdə artım müşahidə olunur. Xüsusilə sertifikasiya prosesindən sonra Azərbaycan dili və ibtidai sinif üzrə ötən illə müqayisədə vakant yerlərin sayı 50% artıb.

 "Vakansiyaların az olması və ya olmaması ilə bağlı məsələyə gəldikdə isə, demək istərdik ki, daxil olan müraciətlərin əsas hissəsi, namizədlərin vakant yer seçimləri zamanı daha çox paytaxt və böyük şəhərlərə üstünlük verməsi ilə bağlıdır. Nəticədə hətta ölkə üzrə bir çox vakant yer namizədlər tərəfindən seçilmir. Bu istiqamətdə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əsas məqsədi həm paytaxt (mərkəz) və böyük şəhərlərdə, həm də regionlarda olan məktəblərimiz üçün eyni əsas və meyarlarla seçilmiş, bilik bacarıqları yüksək müəllimləri təyin etməkdir", - açıqlamada qeyd olunur.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də