Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda qadınlara saxta evlilik TƏKLİF EDİLİR

Azərbaycanda qadınlara saxta evlilik TƏKLİF EDİLİR

Sosial şəbəkələr üzərindən 30-45 yaşlı qadınların xaricdə yaşaması üçün saxta evlilik təklif edilir.

 Bu barədə "Xəzər TV"yə istinadən xəbər verir.

 Məlumata görə, son vaxtlar Avropada saxta evlilik edən şəxslər peyda olub.

 Sosial şəbəkələrdə belə paylaşımlar edən şəxs bunun qarşılığında isə 20 min avro istəyir. Özü bu işin qanunsuz olduğunu etiraf etsə də, müraciət edənin çox olduğunu deyir.

 Bu işlə məşğul olan şəxs iddia edir ki, artıq bir neçə vətəndaşı bu üsulla Belçikaya gətirib. Müştərilərini isə “facebook” və digər sosial şəbəkələr üzərindən tapır.

Hüquqşünasların sözlərinə görə, saxta nikaha girənlərin hüquqi məsuliyyəti var.

 Hüquqşünas Xəyal Bəşirov vətəndaşlara bu kimi təkliflərə inanmamağı tövsiyə edir.

 Daha ətraflı videomaterialı təqdim edirik:

 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də