2024-cü ilin iyul ayı ərzində 9 673 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunub və müvafiq ödəniş edilib. Müavinət ödənişləri 4 566 nəfər qız uşağı, 5 107 nəfər oğlan uşağına görə aparılıb.
2024-cü ilin ilk 7 ayı ərzində 61170 uşağa görə birdəfəlik müavinət verilib. Onların 32,639-u oğlan, 28531-i qız uşağı olub.
Qeyd edək ki, Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər uşağın anadan olmasına görə müavinət ala bilər.
Uşağın anadan olmasına görə birdəfəlik müavinət şəxsin müraciəti olmadan hüququ yaranan an proaktiv qaydada təyin olunur. Müavinətin məbləği 500 manatdır.