İyul ayı üzrə müraciət edən 937 nəfərin 754-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim olunub, 183 şəxsin müraciəti isə mənfi qərarla yekunlaşıb. xəbər verir ki bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyədən 346, Rusiyadan 308, Ukraynadan 114, Gürcüstandan 59, Birləşmiş Krallıqdan 16, İtaliyadan 11, Macarıstandan 9, Amerika Birləşmiş Ştatlarından 7, Qazaxıstandan 7, Polşadan 6, Almaniyadan 5, Belarusdan Respublikasından 5, Çexiyadan 4, Çin Xalq Respublikasından 4, Litvadan 4, Niderland Krallığından 4, Pakistandan 4, Belçika Krallığından 3, Estoniyadan 3, Latviyadan 3, Fransadan 2, Koreyadan 2, Avstriyadan 1, Bolqarıstandan 1, Əfqanıstandan 1, İspaniya Krallığından 1, İsveç Krallığından 1, Kanadadan 1, Norveç Krallığından 1, Özbəkistandan 1, Qambiyadan 1, Səudiyyə Ərəbistanı Krallığından 1, Sinqapurdan 1 müraciətin olduğu müşahidə edilir.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb üzrə 153, biznesin idarə edilməsi üzrə 71, iqtisadiyyat üzrə 64, maliyyə üzrə 54, stomatologiya üzrə 37 müraciət qeydə alınıb.