Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində xidmət aparan Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri dənizdə nəzarətsiz ərazidə 1 nəfər vətəndaşın çimərkən batma təhlükəsi ilə üzləşdiyini müşahidə ediblər.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2003-cü il təvəllüdlü Quliyev Kamran Yaşar oğlu xilas edilərək həkim briqadasına təhvil verilib.