
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin 13-15 sentyabrda Bakıda keçiriləcək "Formula 1" yarışları ilə əlaqədar yaratdığı komissiyanın növbəti iclası keçirilib.
Xidmətə istinadən xəbər verir ki, toplantıda yarışlarla bağlı həyata keçiriləcək işlər, planlamalar, o cümlədən birinci toplantıda qaldırılan məsələlər, irəli sürülən təkliflər ətrafında, mövcud vəziyyətin qiymətləndirilməsi istiqamətində müzakirələr aparılıb.
Xidmətin müavinləri – komissiya sədri Tahir Xəlilov, sədr müavini İlqar Tağıyev, komissiyanın və işçi qrupunun üzvlərinin iştirakı ilə keçirilən iclasda real vəziyyət, qurumun üzərinə düşən işlərin gedişatı təhlil edilərək müvafiq qərarlar qəbul olunub.