Xaricdə təhsilə dair Dövlət Proqramına 2024–2025-ci tədris ili üçün həyata keçirilən sənəd qəbulu üzrə ilkin siyahı təsdiq olunub.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, bu il keçirilən müsabiqənin ilkin nəticələrinə əsasən, ümumilikdə 295 nəfər namizəd proqram iştirakçısı adını qazanıb.
Ölkə üzrə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında 165, Amerika Birləşmiş Ştatlarında 69, Türkiyə Respublikasında 18, Niderland Krallığında 9, İtaliya Respublikasında 5, Çin Xalq Respublikasında 13, Sinqapur Respublikasında 5, Kanadada 1, İsveç Krallığında 5, Avstraliya İttifaqında 4, Almaniya Federativ Respublikasında isə 6 tələbə dövlət hesabına xaricdə təhsil alacaq.
Eyni zamanda xaricdə təhsilə dair Dövlət Proqramı çərçivəsində 99 gəncimiz dünya reytinqlərində ilk 10 yerdə olan universitetlərdə təhsil alacaqlar.
Dövlət təqaüdü ilə 4 nəfər “Harvard University”, 13 nəfər “Columbia University”, 3 nəfər “University of Oxford” kimi ali təhsil müəssisələrində təhsil alacaq.
Dövlət beynəlxalq olimpiada qalibi olan 4 gəncin Sinqapur Respublikasında təhsilini maliyyələşdirəcək.