Dövlət İmtahan Mərkəzi (DİM) bildirib ki, qeydiyyatdan keçməyən bakalavrlar ali təhsil müəssisələrinə qəbul olunanların siyahısından xaric ediləcəklər.
Xatırladaq ki, bakalavrların qeydiyyat prosesinə iyulun 9-dan başlanılıb.
Bu il ali məktəblərin magistratura pilləsinə keçirilən müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15660 bakalavrdan 13484 nəfəri qəbul olunub. Qəbul olunanlardan 5996 nəfər dövlət sifarişi, 7488 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. 9694 nəfər ali təhsil müəssisələrinin cari, 3790 nəfər isə əvvəlki illərin məzunudur.
Nəticələrə əsasən, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ayrılmış 15922 plan yerinin 84.69%-i dolub.