
Pirşağı qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə "Azəriqaz" məlumat yayıb.
Bildirilib ki, Sabunçu rayonunun Pirşağı qəsəbəsində qaz xəttinin dayaqlar üzərinə qaldırılması məqsədilə iyulun 19-u saat 10:00-dan etibarən işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonunun Pirşağı qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.