Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Magistraturaya qəbul olunanlara xəbərdarlıq: SONUNCU GÜNDÜR!

Magistraturaya qəbul olunanlara xəbərdarlıq: SONUNCU GÜNDÜR!

Bu il ali məktəblərin magistratura pilləsinə keçirilən müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15660 bakalavrdan 13484 nəfəri qəbul olunub. Qəbul olunanlardan 5996 nəfər dövlət sifarişi, 7488 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. 9694 nəfər ali təhsil müəssisələrinin cari, 3790 nəfər isə əvvəlki illərin məzunudur.

Nəticələrə əsasən, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ayrılmış 15922 plan yerinin 84.69%-i dolub.

Dövlət İmtahan Mərkəzindən  bildirilib ki, iyulun 9-dan magistraturaya qəbul olunmuş şəxslər sənədlərini ali məktəblərə təqdim etməyə başlayıblar.

“Həmin bakalavrlar 9-18 iyul tarixlərində //portal.edu.az/ platformasında qeydiyyatdan keçərək yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlərdən “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanların qeydiyyatı”nı seçməlidirlər.
Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər”, - DİM-dən bildirilib.

Qeyd edilib ki, boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı DİM tərəfindən elan olunacaq.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də