Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

II və III qrupların imtahan nəticələri nə vaxt açıqlanacaq?

 

II və III qrupların imtahan nəticələri nə vaxt açıqlanacaq?

Xəbər verdiyimiz kimi, ali təhsil müəssisələrinə qəbul imtahanları tamamilə yekunlaşıb. Ən son keçirilən 14 iyul imtahanı ilə bütün qəbul imtahanları sona çatmış oldu.

 İyulun 7-də keçirilən II və III qrupların imtahan nəticələri isə hələlik açıqlanmayıb. Bəs həmin imtahanların nəticələri nə vaxt elan ediləcək?

 Dövlət İmtahan Mərkəzindən (DİM) bununla əlaqədar qısa açıqlama verilib.

 Qurumdan bildirilib ki, nəticələrin önümüzdəki həftənin əvvəllərində elan edilməsi planlaşdırılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də