Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bağçalara qəbul prosesində bu uşaqlara üstünlük veriləcək

Bağçalara qəbul prosesində bu uşaqlara üstünlük veriləcək

Məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçası) qəbul prosesində kimlərin üstünlük hüququna malik olması açıqlanıb.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov keçirdiyi brifinqdə məlumat verib.

 Məlumata əsasən, aşağıdakı şəxslərin övladları qəbul prosesində üstünlüyə malikdir:

 - Şəhid ailələrinin övladları;

- Qarabağ müharibəsi, Vətən müharibəsi iştirakçıları və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

- tək işləyən valideynlərin uşaqları;

- orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

- hərbi xidmətdə olan valideynlərin uşaqları;

- təhsilalan anaların uşaqları;

- çoxuşaqlı ailələrdən olan uşaqlar;

- qəyyumluqda olan uşaqlar.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də