
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Faiq Abdullayev tutduğu vəzifəsindən azad edilib.
F.Abdullayev bu vəzifəyə 2022-ci ildə təyin edilmişdi.
TƏBİB-dən "Report"a verilən məlumata görə, Mingəçevir Şəhər Xəstəxanasının direktoru əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar tutduğu vəzifədən azad olunub.