Azərbaycanda şəhərlərarası (rayonlararası) sərnişindaşıma üzrə tariflər yeni məsafələrə uyğun hesablanmağa başlanılıb.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
"Son illər ölkədə avtomobil yollarının tikintisi və yenidən qurulması istiqamətində aparılan işlər çərçivəsində şəhər və rayonları əlaqələndirən yollarda müəyyən dəyişikliklər olub. Nəticədə müvafiq avtobus marşrutlarının gediş məsafələrində azalma və artımlar müşahidə edilib. Şəhərlərarası daşımalar üzrə tariflər məsafələrə uyğun hesablandığından, baş vermiş dəyişikliklərə əsasən, marşrutlara yenidən baxılmasına və tariflərin yenidən hesablanmasına zərurət yaranıb", - məlumatda deyilir.