Bunu elm və təhsil naziri Emin Əmrullayev "Baku İD" festivalı çərçivəsində keçirilən paneldə final çıxışı zamanı deyib.
"Əsas odur ki, biz istedad sözünə necə bir məna veririk. Bu gün buradakı tələbələrin səhnə performansını çox bəyəndim. İstedad mənim fikrimcə qeyri-müəyyən sayda kateqoriyalarda olan bacarıqları özündə birləşdirir. Əgər hər hansı bir sahə üzrə insanın bacarıqları ən yaxşı 10 faizə uyğun gəlirsə, o insanı istedadlı sayamq olar. 10 faizə daxil olmayanların da istedadlı olmaq şansı var.
Buradakı gənclərimizi işaxtaran kimi yox işverən kimi görmək istəyirik. Ancaq biz gedib ona deyə bilmərik ki, bu gündən işaxtaran yox, iş verən olacaqsa. Lakin uzunmüddətli perspektivdə gənclərimizin bilik və bacarıqlarını inkişaf etdirməklə buna nail ola bilərik.
İnkişafın, nailiyyətin təməlində öz səhvini başa düşmək və səhvlərindən nəticə çıxarmaq, özünəinamın yüksək olması dayanır. Özünə güvənmək və gələcəyin uğurlu olacağına inanmaq lazımdır.
Ən önəmlisi məsələlərdən biri də cəmiyyətlə birgə təkamül etmək, digər şəxslərin də inkişafına dəstək göstərməkdir. Hər hansı bir səhv etmiş insana qarşı necə davranmaq çox önəmlidir. Hər şey mədəniyyətdən başlayır. Mədəniyyət isə şəxsi keyfiyyətlərlə əlaqəlidir",-o deyib.