Binəqədi rayonu Axundov küçəsinde yaşayanlara neçə illərdir bütün il boyu bir gündən bir gecə 3-4 radələrində cəmi 1-2 saat arası zəif təzyiqlə su verilir, sonra tamam kəsilir. Kim gecə oyaq qalıb su ehtiyatını götürdüsə, gün ərzində onun içməyə bir qab suyu olur, kim gecikdisə, su tələbatını ödəmək üçün gün ərzində ya ona-buna möhtac qalır, ya da əlavə pul xərcləyib su alır. Sakinlər deyir ki, hazırda da normal təzyiqlə su verilmir. Redaksiyamıza müraciət edən Binəqədi sakinləri deyir ki, problemlə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) 955 “Qaynar xətti”nə dəfələrlə zəng vurub şikayətlərini çatdırıblar. Amma bu da onların su çatışmazlığı probleminin həllinə kömək etməyib.
Sevda adlı sakin: "Yaşadığımız ərazidə su problemi var. Dəfələrlə şikayət ünvanlamışıq. 955 nömrəli qaynar xəttlə əlaqə saxlamışıq yönləndiriblər 012 431-47-67 ordanda daxili nömrə olaraq şikayət üçün 4505 nömrəsinə özünü təqdim etməyən bey bize sərt cavab vererek Azərsuyun ümumiyyətlə belə bir qurum yoxdur gedin kimi şikayət edirsiniz edin üzümüzə adboy verir belə işçiləri olan idarəden ne gözləyək
Emil adlı sakin bildirir: "bütün qurumlara müraciət etmişik İcra hakimiyyəti susur, icra nümayəndəsi sualı cavablandırmaqdan yayınır, su idarəsinin qaynar xəttinə müraciət etmişik bu boyda əhalinin muraciətinə baxıb problemi həll edən yoxdur qapımızda Azərsuyun sayğacı amma su yoxdur
Leyla adlı sakin : " həftələrlə suyumuz gəlmir körpə uşaqlı ailəyik qonşumuz da qazi əlildir çətinlik çəkir her gün suyun gəlməməsi ne deməkdir gece 3-4 -de birgunden bir su buraxırlar o da zəif təzyiqlə milletin yatan vaxtı camaat çörəyə güclə pul tapır dolanır suyu necə alaq hər dəfə maşınla imkanı olan var olmayan var xahiş edirik bizim müraciətimizə baxılsın".
Onlar suyu ya xüsusi su daşıyan avtomobillər vasitəsilə alır, ya da digər qonşu qəsəbələrdən bidonlara doldurub taksi ilə gətirirlər. Aldıqları içməli suyu kimi həyətində quraşdırdıqları çəndə, kimi isə bidonlarda saxlayır. AXUNDOV küçesinə su verilməməsindən bəri əhalini həm iki qat xərcə, həm də əməlli-başlı əziyyətə salıb. Bəs görəsən, Binəqədi sakinlərinin su problemi nə vaxt həll olunacaq?
Xəbəri paylaş