Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Avtobus və velosiped zolaqlarına çıxanların cərimələri ARTIRILIR

Avtobus və velosiped zolaqlarına çıxanların cərimələri ARTIRILIR

Marşrut nәqliyyat vasitәlәri üçün müəyyən edilən yollarda hərəkət edən digər nəqliyyat vasitələri üçün yeni cərimə müəyyən edilir. 

Bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb. 

Qanun layihəsinə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1– 5.10.3 nişanları ilə işarələnmiş (avtobus zolağı), ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə edilir.

Qeyd edək ki, hazırda bu cərimə 40 manatdır.

Velosiped yollarında hərəkət edən nəqliyyat vasitələri də cərimə ediləcək. Qanun layihəsinə əsasən, velosiped yollarında velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin hərəkət etməsinə görə yüz manat məbləğində cərimə edilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də