Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakının bəzi ərazilərində yollar təmirə bağlanır

Bakının bəzi ərazilərində yollar təmirə bağlanır
Sabah saat 10:00-dan Bakının Atatürk prospektində (Səttar Bəhlulzadə küçəsindən Fətəli xan Xoyski küçəsinə qədər), iyunun 10-da isə saat 10:00-dan Bakının Suraxanı rayonunun Səttar Bəhlulzadə küçəsində (Heydər Əliyev prospektindən “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna qədər) təmir işlərinə başlanılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

 Məlumata görə, təmir müddətində sözügedən hissələrdə işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək, amma yollar bağlanmayacaq.

 "Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissələrdə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazilərində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də