Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda anemiyadan əziyyət çəkənlərin sayı ARTIR 

Azərbaycanda anemiyadan əziyyət çəkənlərin sayı ARTIR 

Azərbaycanda anemiyadan əziyyət çəkən kifayət qədər insan var. 2023-cü ildə həyatında ilk dəfə təyin olunmuş diaqnozla 56 124 nəfər anemiya xəstəsi qeydə alınıb. Statistika Komitəsinin məlumatına görə, ötən ilin sonunda tibb müəssisələrində qeydiyyatda olan anemiya xəstələrinin sayı isə 46 806 nəfər olub.

Həkim -terapevt Adil Qeybulla deyir ki, anemiya qan xəstəlikləri arasında ən çox rast gəlinənidir.

 Hazırda dünyada 2 milyard insan anemiyadan əziyyət çəkir. Tibbi araşdırmalara görə, qadınlar kişilərə nisbətən daha çox anemiyadan əziyyət çəkirlər. Xəstəlik ya qan itkisindən, yaxud da qanda eritrositlərin parçalanması problemlərindən yarana bilir. Hazırda ən çox müşahidə edilən dəmir çatışmazlığı ilə bağlı olan anemiyadır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də