Keçid ballara ali məktəbə, ixtisasa uyğun və verilən yerlərə uyğun müəyyənləşir.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Yüksəliş" müsabiqəsinun qabiliyyət imtahanları mərhələsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu il şagirdlərin sayının artması və açılan iki yeni universitetə qəbul keçid ballarına təsir edəcək: "Çünki Qarabağ universitetində təhsil almaq çox qürurverici haldır. Bəzi ixtisaslarda orta bal 1-2 bal arta bilər".