Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

743 müəllimin işdən çıxarılması təhsili xeyli SAĞLAMLAŞDIRDI

743 müəllimin işdən çıxarılması təhsili xeyli SAĞLAMLAŞDIRDI

"Sertifikasiya müəllimlərin işdən çıxarılması üçün başlayan proses deyil, bu onların təkmilləşməsi, müasir trendlərə uyğunlaşması üçün nəzərdə tutulan prosesdur. Kimlərsə bunu müəllimlərin işdən çıxarılması kimi təqdim edir, amma bu, müəllimlərin daha yaxşı fəaliyyət göstərməsi üçün nəzərdə tutulub. Həmçinin bu proses valideynləri də maraqlandıran məsələdir".


Bunu Təhsil eksperti Kamran Əsədov  açıqlamasında deyib. O, sertifikasiyanın əhəmiyyətdindən danışıb. Ekspert hesab edir ki, sertifikasiya Azərbaycanda orta ümumi təhsilin keyfiyyətini artıracaq yeganə vasitədir:


“Sertifikasiya  imtahanı Azərbaycan təhsilinə böyük töhfə verir. Ona görə ki, biz təkcə diplomlu yox, həm də bilikli, bacarıqlı müəllimlərin işləməsində maraqlı olmalıyıq. Əgər müəllim öz ixtisasını bilmirsə, ixtisası ilə bağlı müəllim minimum bilik və bacarığa malik deyilsə, o, gələcək nəsil yetişdirə bilməz. Valideyn həmişə istəyir ki, övladına yaxşı müəllim dərs keçsin. Bu gün biz yaxşı müəllim deyəndə heç də nəzərdə tutmuruq ki, o, magistr, doktorantura bitirsin, kitabların müəllifi olsun. Amma o, dövlətin 2008-ci ildə təsdiq etdiyi kurikulum üzrə ixtisas fənninin minimum məzmum standartlarını, qiymətləndirməni bilsin. Özü bir şeyi bilməyən müəllim qarşısındakına nə öyrədə bilər?!  Müəllimlərin sertifikasiyası imtahanında heç kimə fərqli sahədən sual verilmir. Onun tədrislə məşğul olduğu fəndən sual verilir. Əgər ibtidai sinif müəllimi birinci, ikinci sinif bazasında Azərbaycan dili, riyaziyyat suallarına cavab vermirsə, o deməkdir ki, bizim ibtidai sinif şagirdlərimiz təhlükə altındadır”.

Təhsil ekspertinin fikrincə, bu gün orta məktəblərdə müəllimlərin bilik və bacarıqlarının zəif olması nəticəsində  şagidrlər repetitor yanına gedirlər:
 

“Məhz keçənilki sertifikasiyadan 743 müəllimin işdən kənarlaşdırılması Azərbaycan təhsil sistemini sağlamlaşdıran amildir. Düşünün, bu qədər müəllim öz ixtisası üzrə minimum biliyə mailk deyil. 
Sertifikasiya müəllimlərin işdən azad edilməsinə yönələn kampaniya deyil.
Sertifikasiya bizə ən yaxşı müəllimləri qiymətləndirmək, onlara daha çox dərs saatı vermək, onların sosial vəziyyətlərinin yaxşılaşması üçün qarşıya qoyulan hədəfdir. Biz bu yolla yaxşı müəllimləri seçib saxlayırq. Həm də onlara yaxşı maaş vermiş oluruq. Sertifikasiyadan keçən müəllimlərin maaşına 10 və 35 faiz artım olur. 

Əgər sən yaxşı müəllimsənsə, bilik və bacarığın müasir dövrün tələblərinə cavab verisə, orta məktəb şagirdi yetişdirə biləcəksən. Sertifikasiyadan keçən müəllimlərin şagirdlərinin nəticələrinin nə qədər yaxşı olduğunu görmək olar. Sertifikasiya Azərbaycan təhsilini inkişafa aparan ən vacib prosesdir. Bu proses dəsdəklənməlidir.  Valideynlər də maraqlıdırlar ki, bilikli müəllim onların övladlarına dərs desin. Bu gün valideyn məktəb seçəndə hansı məktəbdə yaxşı müəllim varsa, onu seçir".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də