Demək olar ki, hər kəs dadlı yeməkdən zövq almağı sevir.
Lakin bəzi insanlar yeməyə az qala, sitayiş edirlər. Astroloqlar bunu bürclərlə əlaqələndirirlər.
Ən qarınqulu bürcləri təqdim edirik:
QOÇ:
Onlar üçün xoşbəxtlik yeməkdir. Ancaq hər şeyi yox. Qoçlar qurman olaraq yeni xörəkləri dadmağı xoşlayırlar. Ekzotik və xarici yeməkləri sevirlər. Həmçinin, ən çox şirniyyat sevən bürclərdən biridir.
Balıqlar üçün axşam bir kasa salat və qızardılmış kartof ilə televizorun qarşısında uzanmaq lütfdür. Yemək sayəsində Balıqların əhval-ruhiyyəsi yaxşılaşır. Bu səbəbdən həddindən artıq yeməyə meyllidirlər. Qoçdan fərqli olaraq, Balıqlar dadlı hər şeyi yeyirlər.
XƏRÇƏNG:
Xərçəng yeməyə xüsusi həssaslıqla yanaşır. Onlar üçün istənilən yemək xırda bayramdır. Bundan əlavə, Xərçənglər özləri bişirməyi sevirlər, amma ilk növbədə özləri üçün. Ağır yeməklər və daimi qəlyanaltılar səbəbiylə Xərçənglər artıq çəkiyə meyllidirlər.
BUĞA:
Həyatlarının çox hissəsini oturaq tərzdə keçirirlər. Buğalar vaxtaşırı az-az yeməyi sevirlər. Üstəlik, televizor qarşısında cips yeməyə də laqeyd yanaşmırlar.