Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bir daşla iki quş: evi təmizləyərkən necə arıqlamaq olar



Ev işləri ilə kilo vermək mümkündür. Çünki araşdırmalar göstərir ki, ev işləri ilə məşğul olmayan qadınlar daha çox kökəlir. Ev işləri zamanı edilən hərəkətlər maddələr mübadiləsini sürətləndirir və sağlam qalmağı asanlaşdırır.

Bəs, hansı ev işləri ilə arıqlaya bilərsiniz?

Ev işləri görərək arıqlamaq dedikdə ilk ağla döşəməni silmək gəlir. Evinizi tozsoranla yaxşıca təmizləmək və bütün otaqları silməklə, orta hesabla 4 saatlıq işdən sonra evinizdə yığılan zibildən qurtula və təxminən 1800 kalori yandıra bilərsiniz.

Arıqlamağınıza kömək edəcək başqa bir ev işi ütüləməkdir. Təxminən yarım saat ütüləmə ilə gündə 75 kaloridən çox yandırmağa imkan verir. Ütüləmə vaxtı uzanarsa, yandırdığınız kalori miqdarı da artar.

Hətta qatlanan çamaşırlar da müəyyən miqdarda kalori yandıraraq arıqlamağa kömək edir. Bundan əlavə, evinizdəki masaların, rəflərin və ya bəzək əşyalarının tozunu çəkmək sizə yarım saat ərzində 80 kalori yandırmağa imkan verir.

Qadınların gördüyü ev işlərindən biri də hamam və tualeti yumaq və ya ovuşdurmaqdır. Bu iş həm də əhəmiyyətli kalorilər yandırmağa imkan verir. Pəncərələri təmizləmək də qadınların arıqlamasına kömək edən ev işidir.

Evinizin rəngləmə işinə ehtiyacı varsa, bunu başqasına həvalə etmək əvəzinə, özünüz etməklə 3 saat ərzində 1000-dən çox kalori yandıracaqsınız.

Evinizin çirkli xalçalarını yumaq inanılmaz miqdarda kalori yandırmağa imkan verəcək.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də