Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Ölkənin 300 məktəbində ağıllı saat və telefonlar qadağan edilib”



“Bu gün bir neçə onlayn mediada Azərbaycanın ümumi təhsil müəssisələrində şagirdlərə dərsə mobil telefon gətirməyə qadağa qoyulması barədə məlumatlar yayılıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi olaraq məlumatın təhrif edildiyini və yayılan xəbərin reallığı əks etdirmədiyini bildiririk”.

Bu barədə Agentlik məlumat yayıb.

“Həmin qaydalara əsasən, şagird ağıllı saat və telefonları, həmçinin digər elektron cihazları məktəbə gətirməməli və dərs zamanı istifadə etməməlidir. Şagird, əgər məktəbə gəlib-getməsi üçün təhlükəsizliyinin təmin olunması məqsədilə telefon gətirirsə, həmin telefon şagirddən alınaraq təhlükəsiz yerdə saxlanılır və dərs məşğələləri bitdikdən sonra ona geri qaytarılır.

Bir daha yekun olaraq bildiririk ki, bu qayda yalnız pilot olaraq seçilmiş 300 məktəbdə tətbiq edilir”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də