Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ EDİLDİ



Azərbaycanda yağıntılı hava şəraiti dekabrın 14-ü gündüzədək davam edəcək.

 Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 Bildirilib ki, saat 10:00-a olan məlumata görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, əksər rayonlarda arabir yağış yağıb, bəzi şərq rayonlarında intensiv olub.

 

Düşən yağıntının miqdarı Astarada 57 mm, Lənkəranda 50 mm, Yardımlıda 11 mm, Quba, Neftçala, İsmayıllı, Şabran, Oğuz, Mingəçevir, Göytəpə, Qobustan, Şamaxı, Balakən, Göyçay, Şəki, Biləsuvar, Lerik, Zərdab, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Naftalan, Göygöl, Ceyrançöl, Şəmkir, Tovuz, Ağstafa, Qəbələ, Zaqatala, Ağsu, Tərtər, Yevlax, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Gəncə, Qusar, Xaltanda 6 mm, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də