Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yol polisi pişiklərlə bağlı sürücülərə xəbərdarlıq edib



Baş Dövlət Yol Polisi İdarəsi soyuq qış aylarında pişiklərin təhlükəsizliyi məsələlərində sürücülərə diqqətli olmağı məsləhət görüb.

İdarənin paylaşdığı məlumatda bildirilib ki, soyuq qış aylarında pişiklər isti yer axtarırlar və adətən onlar üçün belə yerlərdən biri avtomobil mühərrikinin daxili hissəsidir.

"Çöldə yaşayan pişiklər və kiçik heyvanlar üçün rahat yataq yeri tapmaq o qədər də asan deyil. Ona görə də pişiklərə daha çox avtomobil mühərriklərində rast gəlinir. Diqqətli olaq ki, həmin avtomobil işə salındıqda kiçik dostlarımıza xəsarət yetirməyək”, - məlumatda vurğulanıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də