
Bakıda və Abşeron yarımadasında dekabrın 8-i axşamdan 10-u səhərədək fasilələrlə yağış yağacağı gözlənilir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.
Azərbaycanın rayonlarında dekabrın 8-i axşamdan 11-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.