Ümummili lider H.Əliyevin 100 illik yubileyi 6 noyabr Milli TV və Radio Günü 8 noyabr Zəfər Günü münasibəti ilə "Grand Opera Hall"-da "Mətbuat firması"nın təsis etdiyi "Persona Müstəqil Milli Mükafatı"nın təltifetmə mərasimi keçirildi.
Profil.az xəbər verir ki, noyabrın 6-da keçirilən tədbirdə il ərzində uğur qazanmış 40-a yaxın peşəkar televiziya və radio əməkdaşlarına xüsusi diplom və hədiyyələr təqdim olundu. Fəxri qonaq qismində isə bir çox tanınmış məhşurlar tədbirə hazırlanmış özəl hədiyyələrə layiq görüldü.
Gecənin baş sponsoru "Azərsüd", sponsorlar "Berqa", "Zeytun Bağları", "Sunlab" labaratoriyası, təşkilatı dəstək "Grand Opera Hall", "Harika" makaron və un məmulatı, "Flyblast Travel", "Orli servis" idi.
Mükafatçılar siyahısında Ülviyyə Könül, Fariz Əliyev, Lalə Ədalətqızı, Jalə Həsənli, Alidə Mustafayeva, Fəxriyyə Lilpar, Kazım Sübhan, Vüsalə Əlizadə, Şahin Cavadsoy, Nübar Həziyeva, Elgün Hüseynov, Elcan Rəsulov, Hacı Nuran, Afət Rahilqızı, Qurban İsmayilov və s.
Tədbirin maraqlı keçməsi üçün aparıcıları Sədaqət Rəşidqızı və Anar Orucov öz zarafatları ilə gecəyə xüsusi ovqat qatdılar.