Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Onlayn nəzir sistemi niyə hələ də tətbiq olunmur? - RƏSMİ


Elektron ianələrlə bağlı qaydalar hazırlanma mərhələsindədir. 

 

Bu barədə  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

 

Komitənin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov qeyd edib ki, “Dini etiqad azadlığı haqqında” Qanuna dəyişiklik edilməsi barədə Prezidentin 11 mart 2022-ci il tarixli Fərmanına əsasən dini qurumların ianə qəbul etməsi məsələsi "Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinin 3-cü hissəsinə edilmiş dəyişiklikdə öz əksini tapıb:

 

 

"Belə ki, qanunun 18-ci maddəsinə görə, dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri, o cümlədən ianə edilmiş pul vəsaitlərini nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edə bilərlər.

 

Qanundan irəli gələn məsələləri tənzimləmək üçün qaydalar Nazirlər Kabinetində hazırlanır. Proses başa çatdırıldıqdan və qaydalar təsdiq olunduqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcəkdir və hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu məsələlərə nəzarəti həyata keçirmir".

 

Xatırladaq ki, "Dini etiqad azadlığı haqqında" qanunda edilən dəyişikliklərə əsasən, dini qurumlar ianə vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edə bilirlər. Dəyişikliyə görə, dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edəcəklər.

 

Milli Məclisdə 3 oxunuşda qəbul edilən dəyişikliklər fevral ayının 25-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də