Acun Ilıcalı həbs oluna bilər - SƏBƏB
Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur cütlüyü aktrisa Ebru Şahin və basketbolçu sevgilisi Cedi Osmanın toy mərasimində Acun İlıcalı nikah məmuru kimi çıxış edib.
Acunun məmur xalatı geyinərək şou etməsi vəkillərin sərt reaksiyasına səbəb olub.
Mövzu ilə bağlı açıqlama verən məşhur hüquqşünas Çilər Nazife Koşar bildirib ki, icazəsiz şəkildə dövlət məmurunun rəsmi paltarını geyinən hər kəsi 3 aydan 1 ilə qədər həbs cəzası gözləyir.
Vəkillər Kollegiyasından verilən açıqlamada qeyd edilib ki, İlıcalının bütün vəkillərdən üzr istənməlidir.