Hər kəlməsindən, hər cümləsində keçmişimizə, uluramıza hörmət , ehtiram süzülən İlqar Əliş oğlu Məhərrəmov haqqında söz açmaq istəyirik:
Qəhrəman Qaçaq Nəbi Həcər nəticəsi İlqar Əliş oğlu 1965ci il 1mart tarixində Qubadlı rayonu Aşağı Mollu kəndində anadan olub. İlqar müəllimin qazandığı hörmət el-obasına məlum idi. O, öz atasının yolu ilə gedərək cəbhə bölgəsində özünü qoxmaz,comərd bir igid kimi göstərib. Bunu onun haqqında dövrü mətbuatda gedən məqalələr də sübut edir. ”Ot kökü üstə bitər”,-deyib atalar illərin sınağında çıxmış, bu hikmətamiz kalam bu cür babalara,atalara aiddir. 1988 ci ildə vətənimizin başının üstünü qara buludlar alanda İlqar öz yurdu Qubadlıya qayıdır. 1-ci Qarabağ müharibəsi və Füzuli uğrunda gedən döyüşlərdə könüllü olaraq yaxında iştirak edib. Müharibə veteranıdır.
Kəndimiz doğulduğum Qubadlı rayonunun Aşağı Mollu kəndi tez-tez yuxuma girir. Hər dəfə yadıma düşəndə burnumun ucu göynəyir. 1993 cü il avqustun 30- da öz el-obasını tərk etmədən silahı ilə erməniləri öldürüb şəhitlik zirvəsinə yüksələn atam Əliş Əliabbas oğlunun qəbrini ziyarət etmək mənim üçün ən böyük arzuya çevrilib – deyə İlqar müəllim kövrələrək bildirirdi.
Qubadlı rayonun işğaldan azad olunması xəbərinə çox sevinən İlqar müəllim çox təəssüf ki, Qubadlı torpağına gedə bilmədi. Üzülərək bildiririk ki, O, 02.11.2020 ci ildə dünyasını dəyişdi. Ailəsinə, yaxınlarına baş sağlığı veririk. Allah rəhmət eləsin.