Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azyaşlı sığınacağa yerləşdirildi - SƏBƏB

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakıda müvəqqəti baxılması üçün dayəyə verilən azyaşlı qızla bağlı araşdırmalara başlayıb.
 
Bunu Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib.
 
Onun sözlərinə görə, azyaşlı sığınacağa yerləşdirilib və onun valideynlərinin tapılması istiqamətində aidiyyəti qurumlarla birlikdə araşdırmalar davam etdirilir.
 
Qeyd edək ki, sosial şəbəkələrdə azyaşlının anası tərəfindən müvəqqəti baxılması üçün dayəyə təhvil verildiyi barədə məlumatlar yayılıb.
 
Qeyd olunub ki, 8 gün ərzində uşağı dayəyə verən şəxslə əlaqə saxlamaq mümkün olmayıb. Dayə azyaşlının valideyni ilə əlaqə saxlamağa çalışsa da, onun anasının telefonuna zəng çatmayıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də