
“Ən çox ağırlaşma və ölüm halları məhz yenidoğulma dövründə qeydə alınır”.
Bunu Səhiyyə Nazirliyinin pediatriya sahəsi üzrə mütəxəssis-eksperti Erkin Rəhimov canlı yayımda sualları cavablandırarkən deyib.
O bildirib ki, həmin müddət körpələrdə daha çox tənəffüs və ürək problemləri müşahidə olunur:
“Bir körpə nəfəsalmada çətinlik çəkirsə, bu, onlarda tənəffüs probleminin olmasında xəbər verir. Yenidoğulma zamanı sarılıq problemləri də müşahidə edilir. Qıcolma, göyərmə və sidiyə çıxmaması təhlükəli vəziyyət kimi qiymətləndirilə bilir”.