Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Həzrət Yusifin (ə) hakimiyyətə çatan zaman etdiyi dua...






Həzrət Yusif (ə) hakimiyyətə çatan zaman belə dua edir: «Ey Rəbbim, Sən mənə səltənət və hökümətdən pay verdin və yuxuların yozumunu və hədislərin (səma kitablarının və peyğəmbərlərin kəlamlarının) təfsirini öyrətdin!

Ey göyləri və yeri yaradan! Sən dünyada və axirətdə mənim yardımçım və başçımsan. Mənim canımı (Sənin əmrinə) təslim olduğum halda al və məni salehlərə qovuşdur». (“Yusif” 101).

 

Həzrət Yusifin (ə) hər anı üçün bir duası vardır. Hakimiyyətə çatan zaman o, belə dua edir və Allahdan istəyir ki, təslim olan bəndələrdən olsun və bu halda onun canını alsın.

 

Allaha təslim olmaq – o deməkdir ki, Allahın buyurduğu kimi hökumət etsin. Onun qadağalarına və əmrlərinə əməl etsin. Həzrət Yusif (ə) bu yolla öz hökumətini fitnə və nifaqdan sığorta etmiş olur.

 

Həzrət Yusifin (ə) bu duasından belə nəticəyə gəlmək olur ki, həqiqi hökumət o hökumətdir ki, Allahın əmrlərinə təslim olsun. (Beytutə)

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də