Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda son sutkada 1227 nəfər COVID-19-a yoluxub, 667 nəfər sağalıb, 12 nəfər vəfat edib






Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1227 yeni yoluxma faktı qeydə alınıb, 667 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 59509 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 45697 nəfər müalicə olunaraq sağalıb, 780 nəfər vəfat edib, aktiv xəstə sayı 13032 nəfərdir.

Ölkədə son sutka ərzində 11474, hazırkı dövrədək isə 1391253 test aparılıb.

Azərbaycanda son sutkada 1227 nəfər COVID-19-a yoluxub, 667 nəfər sağalıb, 12 nəfər vəfat edib

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də