Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Məhkəmə prezidentin impiçmentini təsdiqlədi

Məhkəmə prezidentin impiçmentini təsdiqlədi

Koreya Respublikasının Konstitusiya Məhkəməsi Prezident Yun Suk Yolun impiçmentini təsdiqləyib.

Bu, fəaliyyəti dayandırılmış prezidentin dərhal vəzifədən uzaqlaşdırılması anlamına gəlir. Məhkəmə heyətinin yekdilliklə çıxardığı qərarda göstərilir ki, Yun Suk Yol “hüquqi dövlətin və demokratik idarəetmənin əsas prinsiplərini pozub. O, fövqəladə vəziyyət elan etməklə Konstitusiyanı və qanunları tapdalayıb”.

 Məhkəmənin qərarına görə, ölkədə 60 gün ərzində növbədənkənar prezident seçkiləri keçirilməlidir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də