Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Erməni separatçıların Rusiyadakı "nümayəndəliyi" BAĞLANDI

Erməni separatçıların Rusiyadakı "nümayəndəliyi" BAĞLANDI

Erməni separatçıların Rusiyadakı "nümayəndəliyinin" fəaliyyəti dayandırılıb.

Bu barədə Ermənistanın "Past" qəzeti məlumat yayıb.

Vətən müharibəsindən sonra separatçıların Rusiya Federasiyasındakı "nümayəndəliyinin" bağlanması barədə məlumatlar yayılmışdı. Lakin həm 2021, həm də 2022-ci ildə bu məlumat təkzib edilib.

Bildirilir ki, "nümayəndəlik" artıq bu yaxınlarda bağlanıb. 

Qəzet qeyd edir ki, "nümayəndəliyin" funksiyalarının qismən Ermənistanın Rusiyadakı səfirliyinə verilməsi təklifi gündəmə gəlsə də, bu mövzu da bağlanıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də