Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

BMT-nin Azərbaycandakı qurumları fəaliyyətini DAYANDIRIR

BMT-nin Azərbaycandakı qurumları fəaliyyətini DAYANDIRIR

BMT-nin Azərbaycandakı bir sıra qurumları fəaliyyətini dayandırır.

Rəsmi Bakı artıq BMT-nin birbaşa mənzil qərargahları ilə işləməyə qərar verib.

Məsələ ötən gün BMT-nin İnkişafı Əlaqələndirmə Ofisinin Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Qui-Yeop Sonun Bakıya səfəri çərçivəsində müzakirə edilib. Rəsmi Bakının qərarı BMT rəsmisinin diqqətinə  çatıdırılıb.

Bəzi BMT qurumları ilə bundan sonrakı tərəfdaşlığın milli prioritetlərə uyğun şəkildə layihə əsaslı əməkdaşlıq mexanizmi vasitəsilə davam etdiriləcəyi müqabil tərəfin diqqətinə çatdırılıb.

"Azərbaycanın artıq yardım qəbul edən dövlətdən qlobal gündəliyə töhfə verən bir ölkəyə çevrilməsi ilə əlaqədar, dövrün tələblərinə uyğun olaraq, BMT ilə əməkdaşlıqda BMT-nin Məskunlaşma Proqramı, BMT-nin Ətraf Mühit Proqramı, BMT-nin İqlim dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Katibliyi və digər aidiyyəti qurumlar ilə əməkdaşlığın prioritet təşkil etməsi və bəzi BMT qurumları ilə də gələcək əməkdaşlığın bu model əsasında, birbaşa mənzil qərargahları ilə işləməklə davam etdiriləcəyi qeyd olunub", - rəsm açıqlamada deyilir.

BMT-nin rəsmi platformasına görə, qurumun Azərbaycan fəaliyyət göstərən təşkilatları aşağıdakılardır:

- Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO)

- Beynəlxalq Əmək Təşkilatı (ILO)

- Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT)

- BMT-nin İnsan Hüquqları üzrə Ali Kommissarlığı (OHCHR) 

- BMT-nin İnkişaf Proqramı (BMTİP)

- BMT-nin Əhali Fondu (UNFPA) 

- BMT-nin Qaçqınlar üzrə Ali Kommissarlığı (BMT QAK)

- BMT-nin Uşaq Fondu (UNICEF)


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də