Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ərdoğan Azərbaycan səfirini TƏLTİF ETDİ

Ərdoğan Azərbaycan səfirini TƏLTİF ETDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədova mükafat təqdim edib.

 Mükafat Adıyaman Gənclər və İdman İdarəsində 6 fevral zəlzələsinin iki illiyinə həsr olunmuş mərasimdə təqdim olunub.

Türkiyə Prezidenti zəlzələ zamanı ilk yardıma gələn Azərbaycana salam və ehtiramını bildirib.

 “İlk xatirəmiz Azərbaycana olsun. Şəxsim və millətim adına çox təşəkkür edirik. Bir olaq, qardaş olaq, bərabər olaq”, - Ərdoğan vurğulayıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də