
Türkiyə Xarici İşlər Nazirliyi axtarışda olan iki şəxsin bu ölkəyə ekstradisiyasına görə Ermənistana təşəkkür edib.
Nazirlik bu prosesdə Ermənistanın əməkdaşlığını yüksək qiymətləndirib.
Yanvarın 19-da Ermənistan İnterpolun sorğusuna cavab olaraq mütəşəkkil cinayətdə ittiham olunan iki şəxsi Türkiyəyə ekstradisiya edib.