Albaniyanın Baş naziri Edi Rama Aktau şəhəri yaxınlığında təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib.
O, bu barədə “X” sosial şəbəkəsində yazıb.
“Albaniya adından dostlarımıza və qardaş ölkələrə - Azərbaycan və Qazaxıstana dərin hüznlə başsağlığı verirəm”, - Albaniya Baş nazirinin paylaşımında deyilir.